Accessibility links

Human Rights Watch: `Kürdlər uşaq əsgərlərdən istifadəni davam edir`


İnsan haqları qrupu Human Rights Watch-un bildirdiyinə görə, Suriyadakı kürd döyüşçülərin bir il əvvəl uşaq əsgərlərdən istifadə etməyəcəklərinə söz verməsinə baxmayaraq onlar bu əməllərini davam etdirirlər.

Qrup bildirib ki, "Xalq Müdafiə Birliyi"nin uşaq əsgərlərin demobilizasiyası sahəsində bəzi nailiyyətlər əldə etməsinə baxmayaraq, yerli və beynəlxalq təşkilatlar 59 uşağın könüllü və ya zorla döyüşlərə cəlb edildiyi barədə sənəd hazırlayıb.

İnsan haqları qrupu özü bu məsələ ilə bağlı 7 ailə ilə söhbət etdiyini deyib. Qrup həmçinin bildirib ki, Xalq Müdafiə Birliyinin məktubunda Suriyada 4 ildən çoxdur davam edən müharibənin davam etməsi səbəbilə əsgər uşaqların kənarlaşdırılmasında ciddi çətinliklər yaşandığı deyilir.

Suriyada gedən müharibədə iştirak edən hökumət qüvvələri və "Azad Suriya Ordusu" kimi üsyançı döyüşçülər içərisində sayca ən çox olanı kürdlərdir.

XS
SM
MD
LG