Accessibility links

Azad Suriya Ordusu Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə İŞİD-dən daha dörd yaşayış məntəqəsini azad edib. Bu barədə Türkiyə mətbuatı məlumatı yayıb. Azad Suriya Ordusu Türkiyə Silahlı Qüvvələri Fərat qalxanı hərbi əməliyyatı çərçivəsində Əl-Bab şəhəri istiqamətində hücum əməliyyatını davam etdirirlər.

Bundan başqa mətbuat bildirir ki, Suriyada İŞİD terror təşkilatına qarşı aparılan Fərat qalxanı çərçivəsində 960 kv.km ərazi yaraqlılardan təmizlənib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri avqustun 24-dən Fərat qalxanı adı altında Suriyada İŞİD-ə qarşı əməliyyatlara başlayıb. Tənqidçilər bu hücumların İŞİD terrorçuları yanaşı, İŞİD-ə qarşı döyüşən kürd döyüşçüləri də hədəf aldığını bildirir. Türkiyə isə hücumlarının bütün terrorçuları hədəf aldığını bildirir.

Digər tərəfdən Hələb şəhərində döyüşlər davam etdiyi bir vaxt şənbə günü axşam ABŞ dövlət katibi Con Kerri və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub. Bu barədə məlumatı Rusiya Xarici İşlər Nazirliyi yayıb.

C. Kerri və S. Lavrov Hələbdə vəziyyətin normallaşması üçün birgə atıla biləcək addımlar, BMT Təhlükəsizlik Şurasında Şimali Koreya problemi ilə bağlı görüləcək işlər və ikitərəfli münasibətlərə dair müzakirələr aparıblar.

XS
SM
MD
LG