Accessibility links

Con Kerri: Hərbi təyyarələr Suriyanın əsas bölgələri üzərində uçuşları dayandırmalıdır


Birləşmiş Ştatların dövlət katibi Con Kerri deyib ki, atəşkəs razılığının qorunub-saxlanması üçün hərbi təyyarələr Suriyanın əsas bölgələri üzərində uçuşları dayandırmalıdır.

Kerri bunu BMT-nin Təhlükəsizlik Şurasının yığıncağında deyib. O, uçuşların əsasən humanitar yardım agentliklərinin ərzaq və dərman çatdırdığı ərazilər üzərində üçüşlara məhdudiyyətlər qoyulmalı olduğunu bildirib.

ABŞ dövlət katibi Suriyanın spesifik bölgələrində uşuçlara məhdudiyyətin Birləşmiş Ştatlar və koalisiya qüvvələrinin hərbi təyyarələri də daxil edilməklə, bütün uçuşlara aid olduğunu deyib. Onun sözlərinə görə, məqsəd terror qruplaşmalarının adı altında mülki vətəndaşları hədəf alan Suriya hökumətinə məxsus hərbi təyyarələrin əməliyyatlarına mane olmaqdır.

Birləşmiş Ştatlarla Rusiya arasında aylardır davam edən gərgin müzakirələrdən sonra sentyabrın 12-si əldə edilən atışkəs razılığı bazar ertəsi humanitar yardım konvoyuna havadan edilən hücumdan sonra pozulub.

.

XS
SM
MD
LG