Accessibility links

Suriyada Həma şəhərində maşına yerləşdirilmiş bombanın partlaması nəticəsində 30-dan çox insan həlak olub.

BMT və Ərəb Liqasının xüsusi nümayəndəsi Lahdar Brahimi Suriyaya dair uzun zamandır təxirə salınan sülh konfransinın gələn ay Cenevrədə keçiriləcəyi ehtimalı olduğunu deyib.

Suriyanın dövlət xəbər agentliyi SANA bildirib ki, intiharçı partlayıcılarla dolu maşını Həma şəhərində hökumət qüvvələrinin yoxlanış məntəqəsinə sürüb. Suriya televiziyası ilə nümayiş etdirilən video görüntülərdə dağıntılar, alov və cəsədləri nümayiş etdirib.
Bu arada, Qahirədə keçirilən mətbuat konfransında çıxış edən Ərəb Liqasının başçısı Nabil Əl-Ərəbi Suriyada vətəndaş müharibəsinə son qoyulması məqsədilə beynəlxalq konfransın keçiriləcəyini elan edib.

Lahdar Brahimi konfransda müxalifətin ciddi təmsil olunmadığı halda danışıqların keçirilməyəcəyini deyib.

Rəsmilər Cenevrə konfransının keçirilməsi qarşısında maneələrin olduğunu etiraf edib. Qərb və Ərəb diplomatları Suriya müxalifət liderlərini konfransda iştirak etməyə razı salmaq üçün onlarla müzakirələr aparacaq.
XS
SM
MD
LG