Accessibility links

Suriyanın müxalifət üzvləri ilə görüş keçirilib


11 ölkə diplomatı prezident Bəşar Əl-Əsəd əleyhinə çıxan müxalifətçiləri Suriya hökumət nümayəndələri ilə bərabər uzun zamandır təxirə salınan sülh konfransında iştirak etməyə ruhlandırmaq üçün Londonda Suriya müxalifətinin üzvləri ilə görüş keçirib.

Suriya prezidenti Bəşar Əl-Əsədin istefa verməli olduğunu deyən Suriya prezidenti Bəşar Əl-Əsədin istefa verməli olduğunu deyən ABŞ və Britaniya rəsmiləri münaqişə tərəflərini müzakirələrə səsləyib.
Görüşdən sonra ABŞ dövlət katibi Con Kerri deyib ki, münaqişəyə son qoyulması üçün bütün mümkün variantlar nəzərdən keçirilir. Müzakirələrə ev sahibliyi edən Britaniyanın xarici işlər naziri Uliyam Heyq Suriya müxalifətinin lideri Əhməd Cəbranın prezident Əsədin hakimiyyətdə qalması üçün hər yola əl ata biləcəyinə dair narahatlıqlarını azaltmağa çalışıb. O deyib ki, Əsədin dinc və demokratik Suriyaya maraq göstərmir.
.

Görüşdən sonra ABŞ dövlət katibi Con Kerri deyib ki, münaqişəyə son qoyulması üçün bütün mümkün variantlar nəzərdən keçirilir.

Müzakirələrə ev sahibliyi edən Britaniyanın xarici işlər naziri Uliyam Heyq Suriya müxalifətinin lideri Əhməd Cəbranın prezident Əsədin hakimiyyətdə qalması üçün hər yola əl ata biləcəyinə dair narahatlıqlarını azaltmağa çalışıb. O deyib ki, Əsədin dinc və demokratik Suriyaya maraq göstərmir.

Müxalifət liderləri Bəşar Əl-Əsəd vəzifəsindən getməyə razı olmayanadək təklif edilmiş sülh konfransını boykot edəcəyini deyib.
XS
SM
MD
LG