Accessibility links

Suriya fəallarının bildirdiyinə görə, ölkənin şimal-şərq bölgəsində İslam Dövləti ilə döyüşlərdə azı 30 yaraqlının öldürülməsindən sonra kürd döyüşçülərı yenidən Qassiab şəhərinin nəzarətini ələ keçirib.

Baş qərargahı Britaniyada yerləşən insdn haqları qrupu bildirib ki, yaraqlılar Hasakah vilayətindəki şəhəri həftənin əvvəlində ələ keçirmişdi.

Kürd döyüşçülər İslam yaraqlılarının Suriyanın şərqində, İraqın isə şimal və qərb bölgələrində ələ keçirdiyi bir neçə şəhəri geri alamaq uğrunda vuruşur.

Çərşənbə günü İslam Dövləti yaraqlıları İordaniyaya məxsus F-18 hərbi təyyarəni Rəqqa şəhəri yaxınlığında vurub saldığını bildirib. ABŞ hərbi qüvvələri isə bu məlumatın yalan olduğunu deyib.

Bu arada pilotun atası müsəlman olduğu üçün oğluna girov kimi deyil, qonaq kimi münasibət göstərilməsini istəyib.

İordaniya pilotun girov götürüldüyünü təsdiq edib.

Birləşmiş Ştatların Mərkəzi Komandanlığı təyyarənin qəzaya uğradığını təsdiq edib, lakin təyyarənin İslam Dövləti tərəfindən vurulduğu barədə heç bir dəlilin olmadığını bildirib.

XS
SM
MD
LG