Accessibility links

Suriyada döyüşlər 10 minlərlə insanın İraqa köçməsinə səbəb olub


Suriyanın şimalında kürd döyüşçüləri ilə Əl-Qaidəyə bağlı üsyançılar arasında yeni döyüşlərin başlanması 10 minlərlə insanın qonşu İraqa köçməsinə səbəb olub.

Böyük Britaniyada qərargahlanan Suriya İnsan Haqlarını Müşahidə qrupu Ras Əl-Ayan şəhəri yaxınlığında bir neçə kənddə döyüşlər getdiyini deyib. Türkiyə sərhədi yaxınlığındakı bu ərazidə kürdlər məskunlaşıb.

2 milyona yaxın qaçqın Suriyanı tərk edib. Onların əksəriyyəti Livan, İordaniya və Türkiyəyə üz tutub.
XS
SM
MD
LG