Accessibility links

Rusiya Suriyada iki ilə yaxındır davam edən böhrana son qoyulmasına çağırır. Bu gün Moskvada ərəb diplomatları ilə görüşü zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, nə Suriya hökuməti, nə də üsyançılar biri-birlərini məhv etməyə müyəssər olmayacaqlar.

Rusiya BMT Təhlükəsizlik Şurasının Suriyaya qarşı həyata keçirmək istədiyi üç qətnaməyə qarşı çıxaraq, ölkədə baş verən böhranın xarici müdaxilə olmadan həll olunmalı olduğunu deyib.

Cənab Lavrovun bu bəyanatı üsyançıların prezident Bəşar Əl-Əsədin Dəməşqdəki iqamətgahlarından birini minamyot atəşinə tutmasından bir gün sonraya təsadüf edir.

Fəallar şimaldakı Hələb şəhərinə edilən mərmi hücumunda azı 31 adamın öldüyünü xəbər verir. Təkcə çərşənbə axşamı bütün Suriya boyu 140 adamın həlak olduğu deyilir.

Show comments

XS
SM
MD
LG