Accessibility links

BMT Suriya hökumətinə humanitar yardım siyahısı göndədir


BMT-nin Humanitar Yardım Ofisi bildirib ki, Suriya hökuməti əldə edilən razılığa əsasən zəbt edilmiş üç şəhərin ərzaq və digər təchizata ehtiyacı olan sakinlərinə çatdırılacaq yardımın siyahısını göndərəcək.

BMT Madaya, Fua və Kfarya şəhərlərinə yardımın nə zaman göndəriləcəyi barədə məlumat verməyib.

İdlib vilayətinin Fua və Kfarya şəhərləri bir ildən artıqdır üsyançıların mühasirəsində, paytaxt Dəməşqdən 40 km şimal-qərbdə yerləşən Madaya isə aylardır hökumət qüvvələrinin nəzarətindədir.

Humanitar yardım işçiləri əsasən Madaya olmaqla, şəhərlərdə vəziyyətin acınacaqlı olduğunu, 40 min sakini olan şəhərdə yalnız iki həkimin fəaliyyət göstərdiyini bildirib.

Keçən ay da oxşar saziş çərçivəsində BMT, Beynəlxalq Qırmızı Xaç və Suriyanın Ərəb Qızıl Ay təşkilatları ilə birlikdə həmin üç şəhərə ərzaq və tibbi yardım çatdırmışdı.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG