Accessibility links

ABŞ Suriyadan qaynaqlanan raket hücumlarından müdafiə olunmaq üçün Türkiyəyə iki Patriot raket batareyası və 400 əsgər göndərir.

Pentaqon sözcüsü Corc Littl deyib ki, müdafiə naziri Leon Panetta bu gün Türkiyəyə gəlməzdən bir az əvvəl ölçü barədə əmr imzalayıb. Cənab Littl raketlərin gələn həftə ölkəyə çatacağını deyib. Littl Türkiyədə batareyaların göndəriləcəyi dəqiq yer barədə məlumat verməkdən yayınıb.

İncirlik hava limanında keçirilən brifinqdə Panetta ABŞ qoşunlarının Türkiyənin müdafiə səylərinə kömək edəcəyini deyib. NATO çərçivəsində həyata keçirilən layihənin bir hissəsi kimi Almaniya və Hollandiya da Türkiyəyə Patriot raketləri göndərir.

Bu ayın əvvəli sərhəd boyu atışma və Suriya hökumətinin üsyançılara qarşı kimyəvi silahlardan istifadəyə dair Ankaranın narahatlığını nəzərə alaraq NATO Türkiyədə raketdən müdafiə sisteminin yerləşdirilməsinə razılıq verib.
XS
SM
MD
LG