Accessibility links

İŞİD qədim Palmira şəhərində daha bir maddi mədəniyyət abidəsini dağıdıb


İŞİD yaraqlılarının Suriyanın tarixi Palmira şəhərində daha bir qədim maddi mədəniyyət abidəsini dağıtdığı deyilir.

Fəallar İŞİD-in şəhərin “Zəfər Tağı” kimi tanınan abidəsini göyə sovurduğunu bildirib.

Suriya İnsan Haqları Müşahidə qrupu bildirib ki, İŞİD yaraqlıları arkanın üzərindəki ornamentləri kafir rəmzləri hesab edir.

Peyk vasitəsilə əldə edilən foto-şəkillər hadisənin baş verdiyini təsdiqləsə, bu, may ayından bəri İŞİD-in ələ keçirdiyi qədim Palmira şəhərində dağıdılmış üçüncü belə abidədir.

Roma erasından qalmış iki məbəd artıq İŞİD tərəfindən məhv edilib.

Ekstremistlər qədim tarixi abidələri və şəkilləri kafir əməli hesab edir. BMT və tarixçilər isə mədəniyyət abidələrinin dağıdılmasını müharibə cinayətləri kimi qiymətləndirir.

XS
SM
MD
LG