Accessibility links

Rusiya prezidenti Vladimir Putin hökumət tərəfindən mülki vətəndaşlara qarşı kimyəvi silahdan istifadə edildiyi ilə bağlı dəlillər gətirildiyi halda, BMT-nin Suriyaya qarşı hərbi müdaxiləsinə dəstəyin istisna edilmədiyini bildirib.

Prezident Putin Associated Press agentliyi və Rusiya televiziyasına Birləşmiş Ştatların BMT-də inandırıcı dəlillər təqdim etməli olduğunu bildirərək, BMT-nin razılığı olmadan Birləşmiş Ştatların hərbi müdaxiləsinə dair xəbərdarlıq edib.

Cənab Putin deyib ki, Rusiya S-300 yer-hava tupli raketlərin komponentlərinin Suriyaya göndərilməsini dayandırıb. Lakin o əlavə edib ki, "beynəxalq normaların pozulduğu halda" komponentlərin göndərilməsi məsələsini nəzərdən keçirə bilər.

Rusiya bu həftənin sonu Santk-Peterburqda Böyük Səkkizlərin sammitinə ev sahibliyi edəcək. Zirvə toplantısında Suriyada vəziyyət əsas müzakirə mövzusu olacaq.

ABŞ prezidenti Barak Obama Suriyaya hərbi müdaxilə məsələsində ölkə daxilində və beynəlxalq səviyyədə dəstək qazanmağa çalışır. O, Rusiyaya səfər etməzdən əvvəl Stokholma bir günlük səfər edib.

Bu arada, ABŞ Senatı Amerika hərbi qüvvələrinin Suriyaya müdaxiləsinə dair səsvermə keçirməyə hazırlaşır. Senatın Xarici Əlaqələr Komitəsində nüfuzlu senatorlar cənab Obamaya Suriyanın hərbi mövqelərinə 60 gün ərzində məhdud hücumların keçirilməsi üçün səlahiyyət verəcək planın detalları ətrafında razılıq əldə edib.

Prezident vacib bildiyi halda bu müddəti daha 30 gün müddətinə artıra bilər. Qətnaməyə əsasən, hərbi əməliyyatlar zamanı quru qoşunlardan istifadə nəzərdə tutulmur.
XS
SM
MD
LG