Accessibility links

Beynəlxalq ictimaiyyət Suriya hökumətini bütün kimyəvi silahları məcburi təhvil verməyə çağırıb [Video]


Beynəlxalq ictimaiyyət Suriya hökumətini bütün kimyəvi silahları məcburi təhvil verməyə çağırıb
please wait

No media source currently available

0:00 0:02:24 0:00

Ağ Ev çərşənbə axşamı Suriya hökumətinin İdlib vilayətində mülki vətəndaşlara qarşı qaz hücumunu qınayıb. 100-ə yaxın insanın ölümünə və çox sayda insanın xəsarət almasına səbəb olan bu hücumun 2013-cü ildən bəri Suriyada kimyəvi silah səbəbindən ən şox itki verən hücum olduğu deyilir. Bu hücumdan sonra beynəlxalq ictimaiyyət prezident Bəşar Əl-Əsədi Suriyadakı bütün kimyəvi silahları məcburi təhvil verməsinə çağırıb.

Ağ Ev çərşənbə axşamı Suriya hökuməti tərəfindən dinc əhaliyə qarşı kimyəvi silahdah istifadəni qınayaraq, civil dünya ictimaiyyətinin dəhşətli addıma biganə qala biməyəcəyini deyib. Prezident Donald Trampın müraciətini oxuyan Ağ Ev sözçüsü Şon Spayser bu hücumun ABŞ-ın əvvəlki administrasiyasının zəif olduğuna görə baş verdiyini bildirib. “Prezident Obama hələ 2012-ci ildə kimyəvi silahlara qarşı qırmızı xətt çəkəcəyini dedi, lakin heç nə etmədi.”

2013-cü ildə Əsədin sarin qazı ilə dünyanı hiddətləndirən hücumundan sonra Tramp Birləşmiş Ştatların orada heş bir nailiyyət əldə etməyəcəyini deyərək, Obamaya Suriyada heç bir əməliyyat keçirməməsi barədə xəbərdarlıq etmişdi. Şərhçilər bunu tez yada salır.

“Beləliklə, Tramp administrasiyası hava hücumları həyata keçirməkdən imtina edirsə, bizim Demokratları günahlandırmamız ikiüzlülük olardı” deyə, Yaxın Şəqr üzrə ekspert Stiven Heydeman bildirir.

Prezident Obama hələ 2012-ci ildə kimyəvi silahlara qarşı qırmızı xətt çəkəcəyini dedi, lakin heç nə etmədi

Yaxın Şərq üzrə ekspert Stiven Heydeman Amerikanın Səsinə müsahibədə deyib ki, hücumların arxasında şübhəsiz ki, Suriya hökuməti durur. “Mənim fikrimcə, Suriya hökuməti bir tərəfdən Rusiyadan dəstək gözləyir, digər tərəfdən düşünür ki, bu kimi silahlardan istifadə etdiyi üçün ona qarşı irəli sürüləcək sanksiyalar mexanizmi zəifləyib. Bir səbəb onların quruda bəzi nailiyyətlər əldə etməsi, o biri səbəb isə Donald Trampın seçkilərdə qalib gəlməsidir.”

Stiven Heydeman deyir ki, BMT Təhlükəsizlik Şurası Suriya hökumətini öz xalqına qarşı müharibə cinayətlərinə görə cəzalandırmalıdır. Onun sözlərinə görə, əgər Rusiya və ya hər hansı tərəf veto hüququndan istifadə edərək, belə bir addımın qarşını alsa, bu, cinayətdə əlbir olmaq kimi dəyərləndirilməlidir. Rusiya bu hücumda əli olduğunuqətiyyətlə inkar edir.

“Amnesty International” insan haqları qrupu da bu hücumda əli olanların cəzalandırılmaslı olduğunu bildirib. Səma Hədid: “Qeyd etmək lazımdır ki, hökumət və qeyri-hökumət qüvvvələri tərəfindən kimyəvi hücumlar bundan əvvəl də həyata keçirilib. Belə hücumlar illərdir BMT tərəfindən təsdiq edilib. Lakin indiyə qədər məsuliyyətə cəlb edilən yoxdur.”

Şahidlərin dediyinə görə, Xan Şeyxunda kimyəvi hücum 2013-cü ildən bəri ən çox insan ölümülə nəticələnmiş hücumdur.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG