Accessibility links

Suriya hökumət qüvvələri sərhəd bölgəsini bombardman edib


Suriya müxalifət fəallarının bildirdiyinə görə, hökumət qüvvələrinin şimal vilayətinə, Türkiyə ilə sərhəd bölgəsinə minamyot hücumları nəticəsində azı 20 nəfər, o cümlədən 8 uşaq həlak olub.

Baş qərargahı Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidəçiləri Təşkilatının bu gün nümayiş etdirdiyi videoda qurbanların Raqqa vilayətinin kənd sakinləri olduğu göstərilir. Son bir neçə həftə ərzində bölgədə zorakılıqalrın artıdğına görə, hadisənin nə zaman baş verdiyi aydın deyil.

Bu gün Suriyadan alınan digər məlumatda deyilir ki, prezident Bəşar Əl-Əsəd hökumətinin yüksək rütbəli rəsmisi müxalifətə keçib. Sosial media vebsaytında yerləşdirilmiş videoda Suriya hərbi polisinin rəhbəri general Əbdül Əziz Casim əl-Şallal hərbi polisin "öz missiyasından yayındığına görə" hökuməti tərk etdiyini deyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG