Accessibility links

Amerikaya pənah gətirən suriyalı ailə [Video]


Amerikaya pənah gətirən suriyalı ailə
please wait

No media source currently available

0:00 0:02:58 0:00

Obama administrasiyası gələn il Birləşmiş Ştatlara mühacirət edə biləcək qaçqınların sayını artıraraq 110 000 nəfərə çatdırmağı planlaşdırır. Bu isə ötən illə müqayisədə 30 faiz çox deməkdir.

Suriya ordusu 2012-ci ildə Homs şəhərində kütləvi həbslərə başlayanda İhsan Mərvan Əl-Həzzuri, valideynləri də daxil edilməklə, ailəsi ilə birlikdə Dəməşqə qaçıb. “Mən ailəmin, həyat yoldaşım və uşaqlarımın acı çəkməsindən qorxurdum.”

Dəməşqdə isə o, Suriyanın təhlükəsizlik qüvvələri tərəfindən hədələrə məruz qalıb. O, ailəsini götürərək, yük maşını ilə sərhədə, oradan da ayaqla İordaniyaya qaçmalı olub. “Mən çox qorxurdum, çünki hər yer təhlükəsizlik qüvvələri və hərbçilərlə dolu idi. İordaniyada özümüzü təhlükəsiz hiss etdik. Çünki hökumət bizi mühacir kimi qəbul etdi.”

Birləşmiş Ştatlara isə Əl-Həzzuri ailəsi ölkədə mühacirət və təhlükəsizliklə bağlı debatların vüsət aldığı vaxt gəlib. Prezidentliyə Respublikaçı namizəd Donald Tramp suriyalıların Amerikaya hədə olduğunu və prezident seçilərsə, onları geri göndərəcəyini deyir. “Buraya Suriyadan minlərlə insan gəlir. Lakin onların kim olduqları, haradan gəldikləri haqda bizim təsəvvürümüz belə yoxdur. Onlar haqda heç bir sənəd yoxdur. Məgər biz aöğlımızı itirmişik? . Yox. Yox, mən prezident olan kimi onlar evlərinə dönəcək.”

Vaşinqton ərazisindəki Lüteran Sosial Xidmətlər İdarəsindən Eyerlend Vontamo deyir ki, biz bu insanların kim olduğunu bilirik. Əl-Həzzuri də daxil edilməklə, o, minlərlə qaçqına yardım edib. “Bizim xidmət göstərdiyimiz insanların hamısı güclü təhlükəsizlik və tibbi prosedurlardan keçir. Onlarla ciddi müsahibələr aparılır.”

İhsan Mərvan deyir ki, onun ailəsi yoxlanış prosesindən iki ilə keçib. BMT və Beynəlxalq Miqrasiya Təşkilatının rəsmiləri onu dəfələrlə sorğu-sual edib. Onun ailəsinə haraya köçürüləcəkləri badərə heç nə deyilməyib. Nəhayət Amerikaya göndəriləcəkləri barədə qərar veriləndən sonra Birləşmiş Ştatların təhlükəsizlik rəsmisi onunla uşaqlıqdan İordaniyaya gedənə qədərki həyatı barədə söhbət aparıb. Ən ağırı isə onun valideynlərini Əmmanda qoyması idi. “Əvvəlcə mən dəhşətə gəldim. Çünki Amerikaya getməli idik. Mən heç vaxt qaçqın olmağı və Amerikaya köçməyi planlaşdırmamışdım.”

İki aydan sonra İhsan Mərvan iş tapıb. Hazırda onun əsas məqsədi çox işləməkdir ki, böyük ev ala bilsin. O, valideynləri ilə birgə yaşamaq istəyir. Bundan sonra isə uşaqlarına yaxşı təhsil vermək istəyir.

XS
SM
MD
LG