Accessibility links

Rusiya prezidenti Yaxın Şərqdə vəziyyətin ağırlaşa biləcəyinə dair xəbərdarlıq edib


Rusiya lideri bu gün Dəməşqə iki günlük səfərinin sonunda Suriya prezidenti Bəşşar əl-Əsədlə birgə mətbuat konfransı zamanı danışıb

Rusiya prezidenti Dmitri Medvedev xəbərdarlıq edib ki, onun sözlərilə Yaxın Şərqdə pis vəziyyət daha da ağırlaşa bilər.

Rusiya lideri bu gün Dəməşqə iki günlük səfəri zamanı Suriya prezidenti Bəşşar əl-Əsədlə birgə mətbuat konfransı zamanı danışıb.

Cənab Medvedev deyib ki, Rusiya Yaxın Şərq sülh prosesində inkişafın əldə edilməsi üçün əlindən gələni edəcək, bununla belə o, siyasi iradənin olmamasını tənqid edib. Rusiya lideri həmçinin bildirib ki, o, Birləşmiş Ştatların daha fəal rol oynamalı olduğu məsələsində Suriyalı həmkarı ilə razıdır.

Həm Rusiya, həm Birləşmiş Ştatlar Avropa Birliyi və BMT ilə regionda sülhə nail olmaq istiqamətində fəaliyyət göstərən dördlüyün üzvləridir.

ABŞ Dövlət Departamentinin sözçüsü deyib ki, Vaşinqton prosesdə fəal rol oynayır və İsrail-Fələstin danışıqlarının irəliləməsi üçün səylər göstərir.

Rusiya prezidenti Suriyadan sonra Türkiyəyə səfər edib.

XS
SM
MD
LG