Accessibility links

Rusiya Suriyanı qanuni şəkildə silahla təmin etdiyini bildirib


Anatoliy İsaykin
Anatoliy İsaykin
Rusiyanın dövlət silahların İxracı agentliyinin başçısı ölkəsinin Suriya hökumətinə silah göndərməkdə davam etdiyini, lakin həmin silahların hücumlarda istifadə edilmədiyini bildirib.

Rosonoroneksportun direktoru Anatolkiy İsaykin bü gün müxbirlərlə görüşü zamanı deyib ki, Rusiya Suriya ilə silah ticarətinin dayandırılmasına ehtiyac olmadığını və bu kimi ticarətin BMT tərəfindən qeyri-qanuni hesab edilmədiyini deyib. İsaykin Suriyanın yalnız müdafiə silahları ilə təmin edildiyini bildirib.

Rusiya və Çin BMT-nin Təhlükəsizlik Şurasının Suriyaya qarşı irəli sürdüyü üç qətnaməsinə veto qoyaraq, Suriyadakı böhranın xaricdən müdaxilə olmadan həll edilməsinə çağırır.

BMT-nin məlumatında iki ilə yaxınıdır prezident Bəşar Əl-Əsədə qarşı davam edən böhranın Suriyada 70 minə yaxın insanın ölməsinə səbəb olduğu deyilir.
XS
SM
MD
LG