Accessibility links

Müşahidə qrupu Rusiya və Suriya hökumət qüvvələrinin keçən gecədən başalayaraq bu gün səhərədək üsyançıların Hələb şəhərindəki mövqelərini bombaladığını bildirib.

Moskva ilə növbəti danışıqlar Rusiya ilə razılıq kontekstində -- ABŞ-Rusiya hərbi əməkdaşlığı kontekstində baş verməcəyək. Rusiya bu imkanı artıq itirib.

Suriya İnsan haqları Qrupunun bu gün səhər açıqladığı məlumatda keçən gecə onlarla hərbi təyyarənin Hələbin şərq bölgəsini bombaladığı, hücumların səhər saatlarında dayandırılmasına baxmayaraq, şəhərin şimal və cənub hissələrində hələ də atışmaların davam etdiyi deyilir.

Hələb Media Mərkəzi hava hücumları zamanı bir neçə nəfərin öldüyü və yaralandığını bildirsə də, dağıntılar altında qalanlar olduğuna görə ölənlərin sayı barədə dəqiq məlumat verilməyib.

Bomba hücumları Birləşmiş Ştatların dövlət katibi Con Kerrinin Rusiyanın xarici işlər naziri Sergey Lavrovla planlaşdırılan görüşündən bir gün əvvələ təsadüf edir.

Vaşinqton Moskva ilə Suriyaya dair birbaşa danışıqları bu yaxınlarda Hələb şəhərinin bombardmanının davam etdirilməsinə görə təxirə salmışdı.

Qərb Rusiya və onun Dəməşqdəki müttəfiqini hospitalları, yardım konvoylarını bombaladıqlarına görə mühasibə cinayətlərində ittiham edir. Əsədə sadiq qüvvələr əsasən Hələb onun civarındakı müxalifət qüvvələrini hədəf alırlar.

Ağ Ev sözçüsü Coş Ernest deyib ki, ABŞ artıq Rusiya ilə Suriya məsələsində anlaşma əldə etməyə çalişmır. Əvəzində, Vaşinqton Suriya daxilində zorakılıqların azaldılması üçün müxtəlif diplomatik vasitələr arayır.

“Əlbəttə, burada Rusiyanın da rolu olacaq. Ancaq bu Rusiya ilə razılıq kontekstində - ABŞ-Rusiya hərbi əməkdaşlığı kontekstində baş verməcəyək. Rusiya bu imkanı artıq itirib. Rusiya razılığa etibarı itirib,” Ernest bildirib.

XS
SM
MD
LG