Accessibility links

Bəşar Əl-Əsəd Rusiyanın havadan müdafiə sisteminin Suriyaya çatdığını bildirib


S-300

S-300

Livan Hizbullahına məxsus media qurumu Suriya prezidenti Bəşar Əl-Əsədə istinadən bildirib ki, Rusiyadan alınan təxmilləşdirilmiş havadan müdafiə sisteminin ilk hissəsi ölkəsinə daxil olub. Cənab Əsədin bəyanatı bu gün Livanın Əl-Manar media orqanında açıqlanıb. Bu media təşkilatının sahibi Əsəd tərəfdarı olan Hizbulla qrupudur.

Havadan müdafiə sistemləri çatdırılması nə müstəqil mənbələr tərəfindən təsdiq edilib, nə də Rusiya bu barədə açıqlama verib. Lakin Rusiyanın Suriyaya təyyaralərə qarşı S-300 zenit-raketlərini verməsi ilə bağlı məlumat təsdiqlənsə, bu, Suriyanın havadan müdafiə sistemində böyük irəliləyiş demək olacaq.

Suriyanın müttəfiqi Rusiya Suriyaya uzun zamandır təxirə salınan raket satışını həyata keçirəcəyinə söz verərək bununla xarici qüvvələrin ölkəyə müdaxiləsinin qarşısının alınacağını bildirib.
XS
SM
MD
LG