Accessibility links

Suriya fəallarının sözlərinə görə, prezident Bəşar Əl-Əssədə qarşı mübarizə aparan üsyançılar Suriyanın şimalındakı hərbi hava bazasını ələ keçirib. Bu, ölkənin ən böyük hidro-elektrik bəndinin nəzarətinin ələ keçirilməsindən bir gün sonraya təsadüf edib.

Britaniyada qərərgahlanmış Suriya İnsan Haqlarının Müşahidəsi qrupu bu gün bildirib ki, üsyançılar Hələb şəhərində Əl-Carrah hava limanını ələ keçirib.

Müxalifətin Yerli Koordinasiya Komitəsi hava limanını hökumət qüvvələri ilə şiddətli döyüşlərdən sonra ələ keçirildiyini bildirib. Qrup bu gün Hələb şəhərində digər bir hərbi hava limanında da döyüşlərin getdiyini bildirib.

Bu arada BMT-nin baş katibi Ban Gi-Mun Suriyanın özünü məhv etdiyini bildirərək, Suriya hökuməti və BMT-nin Təhlükəsizlik Şurasını tədbirlər görməyə çağırıb.

BMT-nin bildirdiyinə görə, münaqişə başlanandan bəri ölkədə təxminən 60 min insan həlak olub.
XS
SM
MD
LG