Accessibility links

Suriya İnsan Haqları Qrupu Hələb şəhərinin strateji hissəsində hökumət qüvvələri ilə üsyançı qüvvələr arasında döyüşlərin intensivləşdiyini deyib.

Britaniyada qərərgahlaşan Suriya Müşahidə Qrupu döyüşün bazar günü Şeyx Maqsud məhəlləsində getdiyini deyib. Döyüş zamanı hökumət qüvvələrinin üsyançıların yüksəklikləri ələ keçirməsinin qarşısını almaq istədikləri deyilir.

Müşahidəçilər güllələrin evləri dəlik-deşik etdiyi, döyüşlərin bir neçə uşağın ölümünə və sakinlərin kütləvi köçməsinə səbəb olduğu barədə xəbər verib.

Fəalların internetdə yayımladığı videoda Hələb beynəlxalq hava limanı yaxınlığında suriyalı üsyançıların hökumət qüvvələri ilə apardığı silahlı qarşıdurma nümayiş etdrilib.

Hələb şəhərinə nəzarət aylardır ki, iki hissəyə bölünüb. Bu müddət ərzində tərəflərdən heç biri şəhəri tam zəbt edə bilməyib.
XS
SM
MD
LG