Accessibility links

Suriya baş naziri bomba hücumundan sağ qurtarıb


Suriyanın baş naziri Vael Əl-Həlqi Dəməşqdə bomba hücumundan sağ qurtarıb.

Dövlət mətbuatının bildirdiyinə görə, ölkənin qərbində Mazzeh rayonunda baş vermiş partlayış insan təlafatına səbəb olub. Lakin baş nazir hadisə nəticəsində xəsarət almayıb.

Şahidlərin Suriya televiziyasına verdiyi məlumata görə, güclü partlayış baş nazirin maşınının keçdiyi vaxt baş verib.

Onlar hadisəni terror aktı kimi qiymətləndirib.

Suriya rəsmiləri prezident Bəşar Əl-Əsəd hökumətinə qarşı mübarizə aparan qüvvələri terrorçu adlandırır.

Mazzeh Dəməşqin ən bahalı məhəlləsi hesab edilir. Bir çox yüksək vəzifəli rəsmilər burada yaşayır.
XS
SM
MD
LG