Accessibility links

Suriya fəallarının sözlərinə görə, Suriya qoşunlarının strateji əraziləri ələ keçirmək uğrunda döyüşləri artıq həftələrdir davam edir. Fəallar Qusair şəhəri uğrunda gedən döyüşlərdə təxminən 23 Hizbullah yaraqlısının öldürüldüyünü deyib.

Britaniyada qərargahlanan Suriya İnsan Haqları Müşahidə qrupu bu gün Livandan olan yaraqlıların öldüyü, digər 70 nəfər yaraqlının isə yaralandığı barədə xəbər verib.

Həvəskar kamera ilə çəkilmiş video görüntüdə Suriya döyüş təyyarələrinin dünən Qusair şəhərinə havadan hücum etdiyi nümayiş etdirilir. Fəallar dünən hava hücumu zamanı azı 13 nəfərin öldüyünü deyib.

Qusair şəhəri Suriya-Livan sərhədində yerləşir və Suriyanın paytaxtı Dəməşqi Aralıq dənizi sahillərinə birləşdirir. Şəhərin indi kimin nəzarəti altında olduğu barədə məlumat verilmir. Şəhərin nəzarətini ələ aldığı təqdirdə prezident Bəşar Əl-Əsədin sahil regionda ələvi təriqətindən olan sakinlərə çıxışı olacaq.
XS
SM
MD
LG