Accessibility links

Suriya hökuməti silah istehsalı üçün istifadə edilən avadanlığı məhv edib


Suriyanın kimyəvi silahlarının məhvi proqramına nəzarət edən beynəlxalq qrup bildirib ki, Suriya hökuməti silah istehsal etmək üçün istifadə edilən avadanlığı nəzərdə tutulmuş vaxtda məhv edib.

Kimyəvi Silahlara Qadağa Təşkilatının nümayəndəsi müfəttişlərin Suriyanın yoxlanılması nəzərdə tutulmuş bütün obyektlərində silahların məhv edildiyini təsdiqlədiyini deyib.

Suriya hökuməti razılığın bu mərhələsini cümə gününədək başa çatdırmalı idi. İndi Suriya hökuməti kimyəvi silahlarını gələn ilin ortalarınadək necə zərərsizləşdirəcəyini izah etməlidir. Plan noyabr ayının 15-dək tamamlanmalıdır.

Bu arada Amnesty International insan haqları qrupu Suriyanın qonşularını, əsasən də İordaniyanı Suriyadan gələn qaçqınların geriyə göndərməməyə və ölkələrinə maneəsiz daxil olmalarına imkan yaratmağa çağırıb.
XS
SM
MD
LG