Accessibility links

Suriyada müxalifətçilərin kimyəvi silahlardan istifadə etdiyi ehtimal edilir


BMT-nin Suriyada insan haqlarına nəzarət edən heyətinin üzvü prezident Bəşar Əl- Əsəd hakimiyyətinə qarşı döyüşən qüvvələrin kimyəvi silahlardan istifadə etməsinə dair ciddi şübhələrin olduğunu deyib.

Karla Del Ponte İsveçrə televiziyasına hadisə qurbanları və həkimlərin ifadələrinə əsasən müxalifət qüvvələrinin sarin qazından istifadə etdiyini deyib.

O, təhqiqatçıların məsələ ilə bağlı araşdırmalar apardığını, lakin araşıdırmaların çox vaxt alacağını deyib. O, kimyəvi silahların harada və nə zaman istifadə edildiyi barədə detalları açıqlamayıb.

Karla Del Ponte Suriyaya dair Müstəqil Beynəlxalq Təhqiqat Komissiyanın müvəkkilidir. Bu, BMT-nin baş katibi Ban Ki Mun tərəfindən təyin edilmiş fakt araşdırıcı missiyadan fərqli qrupdur. Fakt araşdırıcı missiya indiyədək kimyəvi silahlardan mümkün istifadəyə dair dəlillər toplamaq üçün Suriyaya buraxılmayıb.
XS
SM
MD
LG