Accessibility links

ABŞ kimyəvi silahdan istifadəyə cavab vermək üçün müttəfiq axtarışını davam etdirir


ABŞ müdafiə naziri Çak Heyqel deyib ki, Böyük Britaniya qanunvericilərinin Suriyaya hərbi müdaxilənin əleyhinə çıxmasına baxmayaraq ABŞ Suriyanın kimyəvi silahdan istifadəsinə cavab vermək üçün beynəlxalq müttəfiq axtarışını davam etdirir.

Heyqel Britaniya parlamentinin aşağı palatası Britaniyanın hərbi əməliyyatda iştirakının əleyhinə çıxmasından sonra Manilada müxbirlər qarşısında çıxış edib.

Britaniya baş naziri Deyvid Kameron qanunvericiləri hərbi müdaxilənin Suriya hökumətini devirmək deyil, müharibə cinayətinə cavab olduğunu deyib.

Fransa prezidenti Fransua Olland deyib ki, Britaniya parlamentində səsvermələrin nəticələri onun ölkəsinin Suriyaya dair mövqeyini dəyişməyəcək. Le Monde qəzetinə verdiyi müsahibədə cənab Olland hökumətin devrilməsi barədə beynəlxalq fikri dəstəkləmədiyini, lakin kimyəvi hücum törədənlərə cavab verilməsinin vacibliyini dilə gətirib.

Rusiya prezidenti Vladimir Putinin xarici siyasət üzrə baş müşaviri Britaniyanın qərarının insanların hərbi hücumun təhlükəli olduğunu anlamağa başlamalarına işarə olduğunu deyib.
XS
SM
MD
LG