Accessibility links

Silah müfəttişləri Suriyada kimyəvi silahların məhv edilməsinə dair BMT-nin planına uyğun olaraq bu gün işə başlamalıdır.

Kimyəvi Silahlara Qadağa Təşkilatı 30 gün ərzində müfəttişlərin Suriyanın bütün hərbi obyektlərini yoxlaması üçün cədvəl tərtib edib.

Suriya hökuməti kimyəvi silah istehsal etmək üçün istifadə edilən təchizatını noyabrın 1-dək, toplanmış bütün kimyəvi silahlarını isə gələn ilin ortalarınadək məhv etməlidir.

BMT-nin Təhlükəsizlik Şurası ötən həftə qətnaməni təsdiq edib. Qətnaməyə əsasən Suriya tərkisilah edilmə planına riayət etməli və müfəttişlərə missiyanı həyata keçirmək üçün vacib hesab etdikləri hər bir əraziyə azad daxil olmaq imkanı yaratmalıdır.

Planın hətta ən cüzi şəkildə pozulması sanksiyalar və hərbi əməliyyatla nəticələnə bilər.

Suriya xarici işlər naziri Valid Əl-Müəllim deyib ki, hökumət BMT-nin Təhlükəsizlik Şurasının qətnaməsinə tam riayət edəcək.

O, eyni zamanda BMT-nin Baş Assambleyasına bildirib ki, beynəlxalq ictimaiyyət Yaxın Şərqi nüvə silahından azad edilməlidir.
XS
SM
MD
LG