Accessibility links

İsrail Suriya hərbi hava bazasına raket atmaqda təqsirləndirilir


Suriya ordusu bildirib ki, İsrail Dəməşq yaxınlığında Suriya hərbi hava bazasına bir neçə partlayışlara səbəb olan raket hücumu həyata keçirib.

Suriya İsrailə bu növ hücumları dayandırmasına dair xəbərdarlıq edib.

Suriya hökuməti terrorizmlə mübarizəni davam edəcəyini bildirib.

Suriya dövlət mediasının məlumatına görə, raket İsrailin şimalında Tiberias gölü yaxınlığından atılıb.

Reuters xəbər agentliyi bildirib ki, insidentlə bağlı suallara cavabında İsrail sözçüsü “Biz bu növ məlumatlara şərh vermirik” deyib.

Suriya hava limanından Dəməşq ətrafında üsyançıların nəzarətində olan ərazilərə raket atmaq üçün baza kimi istifadə olunur.

XS
SM
MD
LG