Accessibility links

“Suriyaya Beynəlxalq Dəstək Qrupu” Suriyada vəziyyətlə bağlı səyləri güclənidirir [Video]


“Suriyaya Beynəlxalq Dəstək Qrupu” Suriyada vəziyyətlə bağlı səyləri güclənidirir
please wait

No media source currently available

0:00 0:01:54 0:00

“Suriyaya Beynəlxalq Dəstək Qrupu” hərbi əməliyyatların dayandırılması haqqında saziş çərçivəsində Suriyada vəziyyətin sabitləşməsi və hava yolu ilə humanitar yardımın genişləndirilməsi istiqamətində səyləri güclənidirir. Çoxmillətli qrupun Vyanadakı yığıncağı başa çatsa da, problemlər qalmaqda davam edir.

Suriya rejiminin mülki vətəndaşlara qarşı hava hücumlarını davam etdirməsi, BMT-nin təşəbbüsü ilə hökumətlə müxalifət arasında danışıqlarda mühüm inkişafın əldə edilməməsi və humanitar yardımın çatdırılmasında çətinliklər kimi həll olunmamış problemlərin qaldığı bir şəraitdə “Suriyaya Beynəlxalq Dəstək Qrupu” Suriya böhranını müzakirə etmək üçün Vyanada bir araya gəldi. ABŞ dövlət katibi Con Kerri: “Heç kim Suriyadakı vəziyyətlə razılaşa bilməz. Orada vəziyyət çox narahatedicidir”.

Lakin rusiyalı həmkarı və BMT-nin Suriya üzrə nümayəndəsi ilə yanaşı dayanan dövlət katibi Kerri Birləşmiş Ştatlar və dünya qüdrətlərinin Bəşar Əl-Əsədin şərtlərə əməl etməsi üçün kifayət qədər təsirə malik olmadığı barədə fikri rədd edib. “Hamı başa düşür ki, bu müharibə Əsəd və ya onun xalqı üçün siyasi həll olmadan başa çatmayacaq.”

Bəziləri deyir ki, Suriyada vəziyyəti dəyişmək üçün yerlərdəki əngəlləri aradan qaldırmaq lazımdır. “Öz tərəfinizin mövqeyini müdafiə etmək və o biri tərəfi siyasi həllin olmadığı halda bunun nəticələri ilə qarşılaşacaqları ilə hədələmək üçün hərbi üstünlük olmalıdır” deyə, təhlilçi Nüşabə Yunis bildirir.

Başqaları isə əhatəli siyasi həllin əldə edilməsi üçün Birləşmiş Ştatlar və “Suriyaya Beynəlxalq Dəstək Qrupu”nun təzyiq göstərməli olduğunu deyir. Karnegi İnstitutundan Perri Kammak: “Biz aydın şəkildə bildirməliyik ki, bu prosesin sonunda Bəşarın olmayacağı ilə bağlı istəyimiz və tələbimizdən geri çəkilmə olmayacaq."

Təhlilçi Perri Kammakın sözlərinə görə, dünya qüdrətləti Suriya xalqının əziyyətlərini azaltmaq üçün zorakılıqalara son qoyulması və humanitar yardımın artırılması yolunda iş aparmalıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG