Accessibility links

Suriya qoşunları və üsyançılar arasında şimal Hələb şəhərində qarşıdurma davam edir. Hər iki tərəf qələbə çaldıqlarını iddia edir.

Hökumət qüvvələri Səlahəddin rayonunu darma-dağın etdiklərini və üsyançıları amansız itkilərə məruz qoyduqlarını deyib. Lakin üsyançı qüvvələr bu məlumatı rədd edərək döyüşlərin davam etdirildiyini, lakin hökumət qüvvələrinin üsyançıların istehkamı olan Səlahəddin rayonuna daxil ola bilmədiklərini deyib.

Suriya xarici işlər naziri Valid əl-Muallem Hələbdə üsyançıların məğlub ediləcəyini vəd edib. O, Suriya hökumətinin ən yaxın müttəfiqi olan İrana səfəri zamanı belə bəyanatla çıxış edib.

Valid əl-Muallem İranın xarici işlər naziri Əli Əkbər Salehilə birgə keçirdiyi mətbuat konfransında Əsəddən sonra Suriyada sülhməramlı keçidin qeyri-mümkün olacağını deyib və belə ümüdləri xülya adlandırıb.
XS
SM
MD
LG