Accessibility links

Hələb universitetində partlayış zamanı 16 nəfər həlak olub


Suriya insan haqları qrupu bu gün Hələb şəhərində baş vermiş iki partlayış nəticəsində 16 nəfərin həlak olduğunu bildirib.

Suriya dövlət televiziyası hücumun videosunu yayımlayıb və partlayışı terrorçu hücumu kimi səciyyələndirib, lakin detalları açıqlamayaraq qurbanların sayı barədə məlumat verməyib.

Qərərgahı Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə qrupu Amerikanın Səsinə bildirib ki, partlayışa görə məsuliyyəti öz üzərinə götürən olmayıb.

Suriyanın ticarət mərkəzi hesab edilən Hələb şəhəri 2012-ci ilin iyul ayında münaqişə başlanandan bəri böyük dağıntılara məruz qalıb. Universitet şəhərin hökumətin nəzarəti altında olan hissəsində yerləşir.

Müşahidəçilər bu gün Suriya boyu 50-dən çox insanın öldüyünü bildirib. Üsyançılar prezident Bəşar Əl-Əsəd hakimiyyətini devirmək üçün mübarizəni davam etdirir.

21 ay davam edən münaqişə nəticəsində 60 min insan həlak olub.
XS
SM
MD
LG