Accessibility links

Türkiyə Suriyadan qaçqın axını problemini həll etməyə çalışır

  • Amerikanın səsi

Suriya hökumət qüvvələrinin Türkiyə ilə sərhəddə yerləşən İdlib vilayətində üsyançılara qarşı hücumları intensivləşdirdiyi bir vaxt Türkiyəyə Suriyadan qaçqın axını davam edir. Qaçqınların sayının artacağı gözlənilir. Türkiyə hökumətinin göstərişi ilə bölgədə yeni iki qaçqın düşərgəsi yaradılır.

Türkiyə rəsmiləri İslahiyyədə tütün zavodu olmuş obyekti qaçqınlar üçün sığınacaq yerinə çevirmək istəyir. Onların hesablamalarına görə təkcə keçən həftə Suriya sərhəddini keçən qaçqınların sayı min nəfərdən artıq olub. Cənuba doğru daha bir qaçqın düşərgəsi yaradılır.

Türkiyə rəsmiləri burada artıq sıığınacaq tapmış 17 min qaçqını çadırla təmin etmək üçün böyük bir ərazi ayırıb. Rəsmilər sərhəddə daha minlərlə insanı yerləşdirməyə çalışır.

Qırmızı Aypara cəmiyyəti də Suriya-Türkiyə sərhəddində qaçqınları yerləşdirmək üçün çadırlar qurub.

Qaçqınların birbaşa kameraya danışması adi hal deyil, lakin üç uşaq anası olan bu qadın adını deməsə də, hadisələri təsvir edir. “Mən Cisr Əl-Şuqurdanam. Əsgərlər evimizə hücum edəndə iki nəfəri öldürüb, qadınları zorlayıblar. Küçəyə çıxanda adamın başına hər iş gələ bilər”-deyə qadın bildirir.

Suriya sərhəddindən cəmi bir neçə kilometr aralıda yerləşən Apaydın kəndindəki düşərgənin yeri rəsmilər tərəfindən gizli saxlanılır. Burada ordudan qaçmış Suriya generalları və Suriya Azadlıq Ordusunun döyüşçüləri sıığınacaq tapıb.

Sərhəddə yerləşən Yayladağı kəndində sığınacaq tapmış döyüşçülər Amerikanın səsinin müxbiri ilə danışır.

Onlar deyir ki, Əsədin silahlı qüvvələri İdlib vilayətindəki şəhərlərdə amansız hücumlar keçirir. Bu hadisələr internetdə müstəqil mənbələr tərəfindən təsdiq edilməsi mümkün olmayan videolarda göstərilir. “Vəziyyət çox ağırdır, Əsəd qüvvələrinin hücumları davam edir. Onlar İdlibdə bütün döyüş vasitələrindən istifadə edərək, insanlara hücum edir. Onlar təkcə Suriya Azadlıq Ordusundakı adamları öldürmür. Qadınlar, uşaqlar, qocaları öldürürlər. Onlar öz vətəndaşlarının qeydinə qalmır.”

Qaçqınların çoxu zorakılıqların səviyyəsini başa düşmək üçün hələ çox gəncdir. Amma onlar prezident Əsəd əleyhinə xorla şer oxumağı bilir.

Bu qaçqınlar indi evlərindən daha da uzaqda olan çadırlara aparılır. Türkiyə hökuməti bildirir ki, seçim yoxdur. Düşərgələr artıq dolub, qaçqınlar isə gəlməyə davam edir.

Bazar günü İstanbulda “Suriyanın dostları” qrupunun iclası keçiriləcək. Müzakirələrin diqqət mərkəzində prezident Əsədin opponentləri hakimiyyətə gəlsə, ölkədə siyasi dəyişiklər prosesi olacaq.

ABŞ Dövlət katibi Hillari Klinton deyib ki, siyasi dəyişikliklərə dəstək məsələsində suriyalılar arasında birliyin olması başlıca məsələdir.

Hillari Klinton:”Onların yaratmaq istədiyi Suriya ilə bağlı məsələdə bir mövqedən çıxış etməsi olduqca vacibdir. Onlar suriyalılar hamısının təmsil olunması və bütün suriyalıların hüquqlarının müdafiə edilməsi məsələlərində öhdəliyə sadiq qaldıqlarını nümayiş etdirməlidir.”

Birləşmiş Ştatlar və Türkiyə prezident Əsədin opponentlərinə qeyri-hərbi yardım etməyə çalışır. Eyni zamanda, BMT və Ərəb Liqasının xüsusi nümayəndəsi Kofi Annan atəşkəs və humanitar yardıma dair Rusiyanın təsdiq etdiyi sülh planınına dəstək qazanmağa çalışır.

Suriya hökuməti planı qəbul edib. Lakin Qərb diplomatları və Suriya müxalifəti cənab Əsədin hakimiyyətdən getməsi çağırışının olmadığı hər hansı bir plana skeptik yanaşır.

XS
SM
MD
LG