Accessibility links

Türkiyə maksimum səviyyədə qaçqın qəbul etdiyini bildirir


Türkiyə maksimum səviyyədə qaçqın qəbul etdiyini bildirdiyi vaxt, Türkiyə yardım işçiləri iki ölkə arasındakı sərhəddə Suriya qaşqınlarını çadır və digər təchizatlarla təmin etməyə davam edir.

Türkiyə Humanitar Yardım Fondu bazar günü Rusiyanın dəstəklədiyi hökumətin təcavüzündən qaçan minlərlə Hələb sakinini Suriya daxilində çadır düşərgəsi ilə təmin edib. Əsəd qüvvələrinin hava hücumları Türkiyə sərhədinə aparan yol üzərində olan kəndi hədəf alıb.

Avropa İttifaqı ölkələri qaçqınlara sığınacaq vermələri və Avropaya keçmək istəyən qaçqınların sayını azaltmaqda yardım etmək qarşılığında Türkiyəyə 3.3 milyard dollar təklif edib.

Ötən il ölkəsi bir milyon qaçqın qəbul etmiş Almaniya kansleri Angela Merkel Türkiyə lideri ilə danışıqlar apramaq üçün Ankaraya gedib.

Türkiyə Suriyanın Bab əl-Samam şəhəri ilə sərhəddə, minlərlə suriyalının toplaşdığı Türkiyənin Öncüpinar sərhəd yoxlama məntəqəsini bağlayıb.

Türkiyə rəsmiləri bildirib ki, sərhəddə 35 min suriyalı ölkəyə daxil olmalarını gözləyir.

Avropa İttifaqı ölkələri qaçqınlara sığınacaq vermələri və Avropaya keçmək istəyən qaçqınların sayını azaltmaqda yardım etmək qarşılığında Türkiyəyə 3.3 milyard dollar təklif edib.

XS
SM
MD
LG