Accessibility links

Türkiyə rəsmiləri Suriyanın şimalında İŞİD qrupunun Türkiyənin dəstəklədiyi üsyançılara qarşı kimyəvi silahdan istifadə etdiyinə dair şübhələrini ifadə edib.

Suriya ilə Türkiyə sərhədində Əl-Rai şəhərinə raket hücumundan sonra 22 üsyançıda kimyəvi qazdan zəhərlənmə əlamətləri müşahidə edilib. Türkiyə hərbi qüvvələrinin verdiyi bəyanatda hücumun nə zaman baş verdiyi bildirilməyib.

Yaralılar Türkiyənin sərhəd Kilis şəhərinə evakuasiya edilib. Burada onların kimyəvi maddədən zəhərlənib-zəhərlənmədiyi yoxlanılır.

2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlayandan bəri bir neçə dəfə mülki vətəndaşlar və döyüşçülərə qarşı kimyəvi silahdan istifadə edilib. Bu, beynəlxalq qanunun açıq şəkidə pozulması deməkdir.

Kimyəvi Silahların Qadağan Olunması Təşkilatının avqustda açıqladığı bəyanatda bildirilir ki, xlorin qazının istifadə edildiyi iki hücumun Suriya ordusu, xardal qazı ilə bir hücumunun isə İŞİD qrupu tərəfindən törətdiyinə dair kifayət qədər dəlil var.

Show comments

XS
SM
MD
LG