Accessibility links

Qətər Suriyaya ərəb ölkələrinin silahlı qüvvələrinin göndərilməsinə dəstək verir

  • Amerikanın səsi

Qətər Suriyaya ərəb ölkələrinin silahlı qüvvələrinin göndərilməsinə dəstək verir

Qətər Suriyaya ərəb ölkələrinin silahlı qüvvələrinin göndərilməsinə dəstək verir

Qətər minlərlə insanın ölümülə nəticələnmiş hökumət əleyhinə nümayişlərin dağıdılmasına son qoymaq məqsədilə Suriyaya ərəb ölkələrinin silahlı qüvvələrinin göndərilməsinə tərəfdar olduğunu bildirib.

ABŞ-ın CBS tele-şirkətinə verdiyi müsahibə zamanı Qətərin əmiri Şeyx Həməd bin Xəlifə Əl-Səni deyib ki, Suriyada qətllərə son qoymaq üçün oraya ərəb silahlı qüvvələrinin əsgərləri göndərilməlidir. Qətərin əmiri Suriyaya ərəb ölkələri tərəfindən hərbi müdaxiləyə dəstək verən ilk ərəb lideridir.

Əmir bu açıqlamaları Ərəb Liqasının fakt-araşdırıcı missiyasının Suriyada olduğu vaxt verir. Qətərin baş naziri Şeyx Hamad bin Yassim Əl-Səni Ərəb Liqasının Suriyada heyətinə başçılıq edir.

Liqanın müşahidəçiləri Əsəd hökumətinin 10 aydır davam edən nümayişlərin dağıdılmasına son qoymaq haqda vədinə əməl edib-etmədiyini müəyyənləşdirir.Prezident Əsəd təhlükəsizlik qüvvələrinin şəhərlərdən çıxarılmasına, siyasi məhbusların azad edilməsinə və hökumət əleyhinə nümayişlərin davam etdirilməsinə icazə verməyə söz verib.

XS
SM
MD
LG