Accessibility links

ABŞ Suriyada səfirliyini bağlayıb


ABL-ın Suriyadakı səfirliyinin binası
ABL-ın Suriyadakı səfirliyinin binası

Birləşmiş Ştatlar vəziyyətin ciddiləşməsilə əlaqədar Suriyada səfirliyini bağlayıb və öz diplomatlarını ölkədən çıxarıb. Bu addım Suriya hökumət qüvvələrinin Homs şəhərində raket və minomyot hücumlarını intensivləşdirdiyi bir vaxt atılır.

ABŞ Dövlət Departamenti səfirliyin işini dayandırdığını və səfir Robert Ford və səfirliyin digər işçilərinin ölkəni tərk etdiyini bildirib. Birləşmiş Ştatlar keçən ay Suriya hökuməti təhlükəsizliklə bağlı vəziyyətlə əlaqədar narahatlıqları ünvanlamasa Dəməşqdə diplomatik nümayəndəliyini bağlayacağı və diplomatlarını ölkədən çıxaracağına dair xəbərdarlıq etmişdi.

ABŞ səfirliyinin bağlanması Suriya prezidenti Bəşar Əl-Əsəd hökumətinin daha da təcrid olunması kimi qiymətləndirilir.

İnsan Hüquqları fəalları Suriya hökumət qüvvələrinin Homs şəhərində hücumları davam etdirməsi nəticəsində 24 adamın öldüyü, bir çox adamın yaralandığını bildirib.

XS
SM
MD
LG