Accessibility links

Koalisiya qüvvələri Suriyada hədəfini dəyişib


Suriyada böhranı müşahidə edən qrupun bildirdiyinə görə, Birləşmiş Ştatların başçılıq etdiyi koalisiya qüvvələri keçən gecə İŞİD-lə əlaqəsi olmayan iki İslamçı yaraqlı dəstəsini hədəf alıb.

Baş qərargahı Britaniyada yerləşən Suriya İnsan Haqlarının Müşahidəsu qrupu hücumların keçən gecə Suriyanın şimal-şərqi İdlib vilayətindəki Nusra Cəbhəsinə qarşı həyata keçirildiyini bildirib. Bu, sentyabr ayından bəri Əl-Qaidə ilə əlaqəsi olan yaraqlı qrupa qarşı ikinci hava hücumudur.

Nusra Cəbhəsi keçən həftə həmin bölgədə Qərbin dəstəklədiyi döyüşçüləri məğlub etmişdi.

Müşahidəçilər Türkiyə ilə sərhəd yaxınlığında fəaliyyət göstərən Əhrar Əl-Şam İslamçı dəstəsinin də koalisiya qüvvələri tərəfindən hədəf alındığını bildirib.

XS
SM
MD
LG