Accessibility links

Şiddətli döyşlərə görə Hələb şəhəri susuz qalıb


Şəhərə su çatdıran əsas kəmər zədələnib



Suriyada hökumət qüvvələri və üsyançılar arasında şiddətli döyüşlər zamanı əsas su borusunun zədələnməsinə görə ölkənin ticarət mərkəzi olan Hələb şəhərinə suyun verilməsi kəsilib.

Müxalifət fəallarının bildirdiyinə görə, su kəməri Suriya qüvvələrinin üsyançıların mövqelərinə atəşə tutması nəticəsində zədələnib. Suriya rəsmiləri isə üsyançıları təxribat törətməkdə ittiham edib.

Bu arada, beynəlxalq ictimaiyyət Suriyada 18 aydır davam edən böhranın həlli yollarını müzakirə etməyə davam edir. Şənbə günü Avropa İttifaqının xarici işlər nazirlərinin Kiprdə keçirdiyi görüş zamanı Suriyaya qarşı sanksiyaların gücləndirilməsi istiqamətində səylərin davam etdirilməsinə dair razılıq əldə edilib.

Avropa İttifaqının xarici siyasət məsələləri üzrə rəhbəri Ketrin Eşton Suriya müxalifət qruplarını əməkdaşlığa çağırıb.
XS
SM
MD
LG