Accessibility links

Suriyada şiddətli döyüşlər gedir


Türkiyə silahlı qüvvələri şiddətli döyüşlərin getdiyi sərhəd bölgəsində yerləşdirilib

Suriyada hökumət və müxalifət qüvvələri arasında şiddətli döyüşlər gedir. Müxalifət fəallarının bildirdiyinə görə, təhlükəsizlik qüvvələrinin atəş açması nəticəsində 25 adam həlak olub. Ən şiddətli döyülərin Hələb şəhəri ətrafında regionda aparıldığı bildirilir. Ordu burada üsyançıları istehkamlardan çıxarmaq üçün reydlər keçirir.

Türkiyə mətbuatı Suriya ilə sərhəd bölgəsində gedən şiddətli döyüşlərə görə əraziyə silahlı qüvvələrin yerləşdirildiyi haqda məlumat verib.

Bu arada, əsas etibarilə ordudan xalqın tərəfindən keçmiş hərbçilərdən ibarət olan Suriya Azadlıq Ordusu açıqladığı videoda hərbi komandanlığın Suriyanın “azad edilmiş əraziləri”nə yerləşdirildiyini bildirib.

Əl-Cəzirə tele-kanalında göstərilmiş videoda Suriya Azadlıq ordusunun polkovniki Riad Əl-Əsəd qrupun Dəməşqə hücuma keçə biləcəyinə ümid etdiyini deyib.
XS
SM
MD
LG