Accessibility links

Fəallar hökumət qüvvələri və üsyançılar arasında ən şiddətli döyüşlərin ölkənin şimal bölgələrində getdiyini bildirir

Suriyada fəallar hökumət qüvvələri və üsyançılar arasında ölkə boyu toqquşmaların davam etdiyini bildirir.

Suriya İnsan Hüquqları Müşahidə qrupunun verdiyi məlumata görə, tərəflər arasında ən gərgin toqquşmalar ölkənin şimal bölgələrində baş verir. Britaniyada yerləşən qrup hökumətin Homs vilayətində üsyançıların mövqelərini hədəf almaq üçün hərbi hava qüvvələrinin yardımından istifadə etdiyini bildirib.

Bazar günü Suriya müxalifətini təmsil edən 16 partiyanın nümayəndələri Dəməşqdə görüşərək, ölkədə onların ifadə etdiyi kimi, “avtoritar rejim”ə son qoymağa çağırıb. Prezident Bəşar Əl-Əsədi dəstəkləyən Rusiya və İranın səfirləri görüşdə iştirak edib.

Müxalifət partiyalarının bu çağırışının nə dərəcədə təsiri olacağı hələ aydın deyil. Prezident Əsəd hökuməti nəzarət etdiyi ərazilərdə tənqidə məhəl qoymur, Suriya boyu hökumət qüvvələrilə döyüşən üsyançılar isə ölkə daxilində müxalifətə əhəmiyyət vermir.

Əsas etibarilə ordudan xalqın tərəfinə keçmiş hərbçilərdən ibarət olan Suriyada Azadlıq ordusu bundan bir gün əvvəl komandanlığın Suriyada azad olmuş ərazilərə yerləşdirildiyini elan edən video açıqmışdır.

Suriyada vəziyyətin BMT-yə üzv 193 ölkənin iştirakı ilə keçəcək Baş Assambleyanın sessiyasının gündəlində əsas məsələlərdən biri olacağı gözlənilir.
XS
SM
MD
LG