Accessibility links

Dörd adamın öldüyü, onlarla adamın yaralandığı bildirilir

Suriyanın şimalında kürdlərin yaşadığı regionda yerləşən Qamişli şəhərində intiharçı maşına yerləşdirdiyi bombanı partladıb. Bu, üsyançılar və hökumət arasında münaqişədən kənar qalan kürdlərin yaşadığı ərazidə ilk belə hücumdur.

Suriyanın dövlət televiziyasında günorta saatlarında baş vermiş partlayış nəticəsində dörd nəfərin öldüyü və bir çox insanın yaralandığı haqda məlumat verilib.

Britaniyada yerləşən Suriya İnsan Hüquqlarını Müşahidə qrupu bomba hücumu nəticəsində təhlükəsizlik qüvvələrinin səkkiz üzvünün öldüyünü və hücumun təşkilatın şəhərdəki qərargahını hədəf aldığını bildirib.

Amerikanın səsi Suriya hökumətinin beynəlxaq jurnalistlərin ölkədə fəaliyyətinə məhdudiyyətlər qoymasına görə ölkədə baş verən hadisələri təsdiq edə bilmir.

Hücum Hələbdə hökumət qüvvələri və yaraqlılar arasında beş adamın ölümülə nəticələnmiş şiddətli döyüşlərdən bir neçə saat sonra baş verib.
XS
SM
MD
LG