Accessibility links

Human Rights Watch Suriyanı kasset bombalarından istifadə etməkdə ittiham edir


Təşkilat keçən həftə internetdə yerləşdirilmiş videolarda kasset bombalarının göstərildiyini bildirir

Beynəlxalq Human Rights Watch insan hüquqları təşkilatı Suriyanı mülki əhalinin yaşadığı yerlərdə yaraqlılara qarşı kasset bombalarından istifadə etdiyinə dair dəlillər olduğunu bildirib.

Təkilatın silah məsələləri üzrə direktoru Stiv Quus deyib ki, Suriya hökumətinin hava hücumu kampaniyasının mülki əhalinin yaşadığı ərazilərdə keçirildiyi nəzərə almadığı açıq aşkardır. O, Suriyanı kasset bombaları kimi silahlardan istifadəni dərhal dayandırmağa çağırıb.

Human Rights Watch keçən həftə internetdə Suriyanın bir sıra şəhərlərində partlamamış bombaların göstərildiyi videoların yerləşdirildiyini bildirib. Qrup bildirir ki, bu video görüntülərdə hərbi təchizat daşıyanlar insanlar nümayiş etdirilir.

Təşkilat Suriyada efirə çıxan Əl-Cəzirə və Əl-Ərəbiyyə televiziya şirkətlərinə hərbi sursat arasında ola biləcək kasset bombalarının yaratdığı təhlükə ilə bağlı insanlara xəbərdarlıq edilməsinə dair müraciət edib.
XS
SM
MD
LG