Accessibility links

Suriyada üsyançılar əsas bəndlərdən birini ələ keçirib


Suriyada fəallar üsyançıların bir neçə gündür davam edən şiddətli döyüşlərdən sonra Fərat çayı üzərində başlıca bəndi ələ keçirdiyini və müxalif döyüşçülərin daha bir nailiyyət qazandığını bildirib.

Manbic şəhərinin sakinləri bazar günü verilən məlumatları təsdiq edib və altı turbinaya malik Tişrin bəndinin fəaliyyətini davam etdirdiyini deyib.

Qərargahı Britaniyada yerləşən Suriya İnsan Hüquqları Müşahidə qrupu bildirib ki, bəndin ələ keçirilməsi strateji əhəmiyyət malikdir və ordunun Hələbə yaxın olduğunu göstərir.

Bundan əvvəl üsyançılar ölkə boyu mühüm hərbi obyektləri ələ keçirərək, hökumətin mövqelərini zəiflətməyə və müxalif döyüşçüləri azad etməyə nail olub.
XS
SM
MD
LG