Accessibility links

Birləşmiş Ştatlar Suriya prezidenti Bəşar əl-Əsədin xalqa müraciətini “reallıqdan uzaq” ve “hakimiyyətə sarılmaq” cəhdi adlandırıb.

Dövlət Departamentinin sözücüsü Viktorya Nuland deyib ki, Surya lideri cənab Əsad legitimliyini itirib. O, dialoq təklif etdiyi halda “qəsdən gərginliyi artırır” və öz xalqına zülm edir. Xanım Nuland ABŞ hökumətinin mövqeyini dilə gətirərək bir daha Əsədi hakimyyətdən getməyə çağırıb.

Bazar günü Suriya prezidenti Bəşar Əl-Əsəd xalqa müraicətində ölkədə vətəndaş müharibəsinin siyasi həllinə dəstəyini bildirərək, müxalifət qüvvələrini “terrorçu” adlandırıb və xalqı onlara qarşı mübarizə aparmağa çağırıb.

Dəməşq Opera teatrında iyun ayından bəri ictimaiyyət qarşısında ilk çıxışını edən cənab Əsəd tərəfdalarına deyib ki,o, yeni konstitusiyanın hazırlanması və seçkilərə gətirib çıxaracaq siyasi prosesin bir hissəsi olaraq milli birliyə dair konfransın çağırılmasına hazırdır. Lakin o, dialoq prosesində, onun ifadəsilə, “Suriyaya xəyanət edənlərin” iştirakını istisna edib.

Bir saat sürən çıxışı zamanı prezident Əsəd ölkədə 22 aydır onun əleyhinə üsyançı hərəkatın davam etməsinə baxmayaraq özünə arxayın görünürdü. O, Suriyanın “düşmənlərlə”lə müharibədə olduğunu deyib və xalq inqilabı qarşısında olduğunu rədd edib.

Cənab Əsəd üsyançıları əvvəllər olduğu kimi Suriyanı parçalamağa çalışan Əl-Qaidə terrorçuları adlandıraraq, Qərb ölkələri və dünya qüdrətlərindən onları dəstəkləməyə və silahlandırmağa son qoymağı tələb edib. O həmçinin Suriya xalqını onun üsyanı yatırmaq kampaniyasına dəstək verməyə çağırıb. Suriya prezidenti üsyançılara dəstək verən sürgündəki Suriya müxalifət koalisiyasını Qərbin oyuncağı adlandırıb.

Suriyanın sürgündə olan müxalifəti cənab Əsədin verdiyi siyasi vədlərə uzun müddətdir əhəmiyyət verməyərək, bunların ölkədə siyasi böhranı həll etmək üçün kifayət olmadığını və onun hakimiyyətdən getməli olduğunu bildirir.

Cənab Əsədin açıqlamaları Suriya müxalifətinin nümayəndələri və Qərb müttəfiqləri tərəfindən ikrah hissi ilə qarşılanıb.

Vaşinqtonda ABŞ Dövlət Departamentinin sözçüsü Viktoriya Nuland cənab Əsədin birliyə dair konfransın keçirilməsi çağırışını reallıqdan uzaq adlandırıb və bunun hakimiyyəti əlində saxlamaq üçün daha bir cəhd olduğunu deyib.
XS
SM
MD
LG