Accessibility links

Bəşar Əl-Əsəd Mövlud mərasimində iştirak edib


Suriya dövlət televiyası prezident Bəşar Əl-Əsədin Məhəmməd peyğəmbərin mövludu münasibətilə Dəməşq məscidində dua mərasimində iştirak etdiyini göstərən video görüntüləri yayımlayıb. Suriya prezidenti yanvar ayının ilk günlərindən sonra ilk dəfə olaraq ictimaiyyət arasında görünüb.

Video görüntülərdə Bəşar Əl-Əsədin Suriyanın baş müftisi Əhməd Hassunla birlikdə Əl-Əfram məscidində diz üstə namaz qəldığı göstərilib.

Bundan öncə Suriyanın dini vəqflər naziri Məhəmməd Əbdül Səttar ölkədə təhlükəsizliyin bərpasına nail olmaq məqsədilə cümə günü məscidlərlə “milyonların namazı”na çağırıb. SANA xəbər agentliyinin verdiyi məlumata görə, nazir Suriya məscidlərində vətəndə təhlükəsizliyin və sabitliyin bərpası çağırışları ilə insanların cümə namazı qılacağını deyib.
XS
SM
MD
LG