Accessibility links


Xarici ölkə donorları Suriyada vətəndaş müharibəsi nəticəsində əziyyət çəkən insanlara yardım məqsədilə BMT-nin yardım əməliyyatları üçün 1,5 milyard dollar ayrılmasını vəd edib.

Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı BMT-nin humanitar əməliyyatları üçün hər biri artıq 300 milyon dollar məbləğində yardım təklifi ilə çıxış edib. Suriyaya yardım Küveytdə beynəlxalq donorların konfransında müzakirə edilib.

ABŞ prezidenti Barak Obama Birləşmiş Ştatların 155 milyon dollar ayıracağını bildirib. Bəhreyn 25 milyon, Almaniya isə 13 milyon dollar yardım ayırmağa söz verib.

Konfransda iştirak edən Ərəb ölkələrinin liderləri, Qərb diplomatları və BMT rəsmiləri Suriyada vətəndaş müharibəsi nəticəsində yaranmış qaçqın probleminin həlli üçün lazım olan maliyyə resurslarını müzakirə ediblər.
XS
SM
MD
LG