Accessibility links

BMT-nin yardım agentliyinin rəhbəri Suriya böhranının dövrümüzün ən böyük humanitar böhranı olduğunu bildirərək deyib ki, yüz minlərlə insanın ərzaq, su və tibbi ləvazimatla təmin edilməsi üçün "vaxtla yarışırıq".

BMT-nin Təhlükəsizlik Şurası qarşısında çıxış edən Stiven Obrayan Hələb şəhərinə yardımın çatdırılması və xəstələr və yaralıların çıxarılması üçün bütün tərəfləri 48 saatlıq fasiləyə riayət etməyə çağırıb.

Hələb Suriyanın ən böyük şəhəridir və vətəndaş müharibəsinin başlamasından əvvəl ölkənin ticarət mərkəzi olub. Hökumət qüvvələri müxalifətin nəzarətində olan şəhərin şərq hissəsində təxminən 250 min insanı mühasirədə saxlayır.

Obrien deyib ki, humanitar böhran təkcə Hələb şəhəri ilə məhdudlaşmır. Avqust ayında Suriya hökumətindən ölkə boyu 32 yerə yardım çatdırılmasına icazə haqda müraciətə baxmayaraq, hökumət BMT-nin ölkədə yardıma ehtiyacı olan ərazilərin 50 faizdən çox hissəsinə getməsinə icazə verməyib.

Ötən həftə Rusiya BMT-nin Hələbdə həftədə 48 saat humanitar fasilə barədə təklifini dəstəklədiyini elan edib.

XS
SM
MD
LG