Accessibility links

Suriya hökumət qüvvələri qaçqın sığınacaqlarına hücum edib


Müşahidə qrupu bildirib ki, Suriya hökumət qüvvələri bazar günü Dəməşq yaxınlığında qaçqın sığınacaqlarına artilleriya hücumu həyata keçirib. Nəticədə üsyançılarla Suriya ordusu arasında döyüşlərin getdiyi ərazidən qaçan 30 mülkü vətəndaş ya ölüm, ya da yaralanıb.

Suriyada İnsan Haqlarını Müşahidə qrupu Baraba vadisində baş verən hücumu qətliyam kimi qiymətləndirib.

Müxalifətə məxsus STEP xəbər agentliyinin yaydığı videoda bir mülki vətəndaşın sığınacaqda qan izləri olan döşəməni gəstərərək hücumların onun həyat yoldaşı və digər iki ailə üzvünün ölümünə səbəb olduğunu deməsi nümayiş etdirilir.

Dəməşqin şimalında su ilə zəngin vadidə döyüşlər dekabrdan bəri vüsət alıb. Dekabrda Barada çayından paytaxta gedən su zəhərləndirildiyindən 5.5 milyon sakin su çatışmazlığından əziyyət çəkib.

Hökumət üsyançı qüvvələri suyu yanacaqla zəhərləməkdə təqsirləndirib. Müxalifət liderləri suyun zəhərlənməsinə hökumət qüvvələrinin hava hücumlarının səbəb olduğunu, hücum nəticəsində suyu təmizləyən obyektin ciddi zədələndiyini deyir.

Yerli rəsmilər bildirib ki, mühəndislər bəzi üsyançıların təhlükəsiz ərazidən çıxması razılığının bir hissəsi kimi zavodun bərpası işlərinə başlayıb.

Lakin müşahidə qrupu şənbə günü bir silahlı şəxsin razılığa dair danışıqlar aparan qrupun liderini öldürdükdən sonra razılığın pozulduğunu bildirib.

XS
SM
MD
LG