Accessibility links

Baş qərargahı Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupunun bildirdiyinə görə, Suriya ordusu çərşənbə axşamı Hizbullah döyüşçülərinin köməyi ilə Hələb şəhərinin yaxınlığındakı bir neçə kəndi ələ keçirib. Döyüşlər zamanı həlak olanların sayı məlum deyil.

İnsan haqları qrupu hökumət qüvvələrinin əsas məqsədinin üsyançıların Hələblə Türkiyə arasındakı sərhəd bölgəsindəki təchizat marşrutunu kəsmək olduğunu bildirib.

Hələbin Suriyada gedən döyüşlərin mərkəzi olmasına baxmayaraq, BMT-nin Suriya üzrə nümayəndəsi bildirib ki, bu bölgədə döyüşlər yaxın zamanda dayana bilər.

Stefan de Misturanın Təhlükəsizlik Şurasına bildirdiyinə görə, Suriya hökuməti onu qarşıdan gələn 6 həftə ərzində Hələbdə hava hücumlarının dayandırılacağına əmin edib.

XS
SM
MD
LG