Accessibility links

Suriya və Rusiya kimyəvi bombalardan istifadə edildiyinə dair iddiaları rədd edib


Suriya və Rusiya bir daha Suriyada kimyəvi bombalardan istifadə edildiyinə dair iddiaları rədd edib.

Suriyanın xarici işlər naziri Valid Müəllim Dəməşqdə müxbirlərə deyib ki, ölkəsi Xan-Şeyxunda heç vaxt bu kimi silahlardan istifadə etməyib, hətta terrorçular əleyhinə olsa belə kimyəvi silahlardan istifadəyə yol verilməyib.

Xan-Şeyxunda 100 nəfərin ölümü, çox sayda uşaq olmaqla, 350 nəfər insanın xəsarət alması Suriya prezidenti Bəşar Əlk-Əsədə və Əsəd rejiminin əsas müttəfiqi Rusiyaya qarşı qlobal nifrətə səbəb olub.

Valid Müəllim
Valid Müəllim

Müəllim bomba hücumu ilə bağlı araşdırmaların siyasiləşdirilməsinin əleyhinə olduğunu deyib.

Moskvada isə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov beynəlxalq ictimaiyyəti Suriya ilə bağlı mühakimə irəli sürməzdən əvvəl itthamları sübut edəcək dəlillərin olmammasına diqqt yetirməyə çağırıb.

Turkiyənin bildirdiyinə görə, Suriyada öldürülən 3 nəfər üzərində aparılan tibbi araşdırma onların kimyəvi silahla öldürüldüyünü göstərib.

Dmitri Peskov
Dmitri Peskov

Britaniya, Fransa və Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasının Suriyada həyata keçirilmiş kimyəvi hücumla bağlı fövqəladə iclasında Rusiyanı kəskin tənqid edib.

İordaniya kralı Abdulla ilə Ağ Evdə keçirdiyi mətbuat konfransı zamanı ABŞ prezidenti Donald Tramp Suriyada həyata keçirilən hücumu onun sözləri ilə "insanlığa qarşı dözülməz təhqir" adlandırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG